İranlılar Tacikistana vizasız gedə biləcək

15:23 - 3.07.2024


3 iyul, Fineko/abc.az. İran Tacikistanla viza rejimini dörd şərt daxilində ləğv edir. 

ABC.AZ “Aziya-Plyus”a istinadən xəbər verir ki, bu barədə İranın Tacikistandakı səfirliyindən bildirilib.

Məlumata görə, İranın irəli sürdüyü şərtlər aşağıdakılardır:

– vizasız qalma müddəti – 30 gün;

– səyahət növü – yalnız hava ilə;

– marşrut – yalnız Düşənbədən Tehrana və geriyə;

– fəaliyyət şərti – ikitərəfli qaydada əməl olunarsa, vizasız rejim qüvvədə olacaq.

Viza rejiminin ləğvi tarixi hələ müəyyən edilməyib. Bildirilib ki, İran Xarici İşlər Nazirliyi məsələ ilə bağlı əlavə məlumat verəcək.