Çin və Qazaxıstan prezidentləri Çin-Avropa Transxəzər marşrutunun açılışında iştirak ediblər

15:10 - 3.07.2024


3 iyul, Fineko/abc.az. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və bu ölkədə səfərdə olan Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin-Avropa Transxəzər ekspres marşrutunun açılış mərasimində iştirak ediblər.

Bu barədə Çinin rəsmi mediası məlumat yayıb.

Dövlət başçıları açılış mərasiminə videobağlantı ilə qoşulublar.

Qeyd edək ki, iyulun 2-də ÇXR lideri Si Cinpinin Qazaxıstana dövlət səfəri başlayıb.

© Azertag.az