10:02 - 3.07.2024
3 iyul, Fineko/abc.az. Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib.
ABC.AZ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, GSM Assosiasiyası 2023-cü il üçün “Mobile Connectivity Index” hesabatını dərc edib. Sənəd 173 ölkə üzrə dünya əhalisinin 99 %-nin mobil internetə qoşulması üzrə göstəriciləri əhatə edir.
Hesabata görə, ölkəmiz ötən il mobil internetə qoşulma üzrə 69,33 indeks xalı toplayıb. Bu da 2022-ci illə müqayisədə artım deməkdir.
Eyni zamanda 2023-cü ilin göstəricilərinə görə, Azərbaycan “Mobile Connectivity Index” üzrə “Keçid” (Transitioner) qrupundan, “İnkişaf etmiş” (Advanced) qrupuna daxil edilib.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026