Türk dövlətlərinin iqtisadi artımı orta hesabla 4,9 faiz təşkil edib

10:56 - 2.07.2024


2 iyul, Fineko/abc.az. 2024-cü ilin 1-ci rübündə Türk dövlətlərinin ÜDM-i 518,4 milyard ABŞ dolları, ticarət dövriyyəsi 285,7 milyard ABŞ təşkil edib.

ABC.AZ xəbər verir ki, bu, 2024-cü ilin birinci rübü üzrə “Türk iqtisadi icmalı”nda öz əksini tapıb.

2024-cü ilin ilk rübündə iqtisadi artım Türkiyədə 5,7 faiz, Azərbaycanda 4 faiz, Özbəkistanda 6,2 faiz, Qırğızıstanda 8,8 faiz, Qazaxıstanda 3,7 faiz, Macarıstanda 1,1 faiz, Şimali Kipr Türk Respublikasında 3,5 faiz və Türkmənistanda 6,3 faiz olub ki, bununla da Türk dövlətlərinin iqtisadi artımı orta hesabla 4,9 faiz qeydə alınıb.