10:35 - 2.07.2024
2 iyul, Fineko/abc.az. Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti (BTC Co.) şirkəti 2023-cü ili 12 milyon manat ekvivalentində və ya 7 mln. dollarlıq xalis mənfəət əldə edib. Öncəki ildə 124 milyon manatlıq xalis mənfəət əldə etmişdi.
ABC.AZ xəbər verir ki, şirkət hesabat ilində 1 milyard 5 milyon manat həcmində gəlir əldə etməklə 2022-ci ili 21 faiz üstələyib.
BTC Co. 2022-ci ildə 829 mln. manat gəlir əldə etmişdi.
Hesabat müddətində şirkətin satışlarının maya dəyəri 528 mln. manat, ümumi inzibati xərcləri 343 mln. manat təşkil edib.
Şirkətin xalis aktivlərinin həcmi 2023-cü ilin sonuna 11 milyard 819 milyon manat olub. Bu, 2022-ci ildəki 6 milyard 730 milyon manatı 76% üstələyir.
SOCAR-ın bu şirkətdə mülkiyyət payı 25%-dir.
Banker.az
4 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026