14:22 - 27.06.2024
27 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanı qəbul edib.
ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının həm ölkəmiz, həm də regional əməkdaşlıq üçün önəm daşıyan sahələrinin inkişafına Bankın verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.
Dövlət başçısı Azərbaycanın təbii qazının nəql edilməsi layihələrinə Avropa maliyyə institutları tərəfindən bəzi maliyyə gecikmələrinin olduğu zaman bu məsələdə Asiya İnkişaf Bankının birmənalı dəstəyini yüksək qiymətləndirdi.
Azərbaycan Prezidenti bununla bağlı xatırladı ki, əvvəllər də dediyi kimi, ölkə Avropanı qazla təmin etdiyi halda Avropa bankları maliyyələşməni təmin etməyə hazırlıq nümayiş etdirməyiblər, lakin Asiya İnkişaf Bankı bunu edib.