FAO: qlobal ət istehsalı 2024-cü ildə quşçuluq hesabına artacaq

12:08 - 27.06.2024


27 iyun, Fineko/abc.az. Quş qripi epidemiyalarına baxmayaraq, dünyada quş əti istehsalı 0,8% artaraq 146,2 milyon tona, dünya ticarətinin həcmi isə 1,5% artaraq 16,3 milyon tona çatacaq. 

ABC.AZ xəbər verir ki, FAO-nun proqnozuna görə, dünya toyuq ixracatının 32%-I yem qiymətlərinin azaldığı və təhlükəli xəstəliklərin olmadığı Braziliyanın payına düşəcək.

Dünya bazarında quş ətinin əsas alıcıları ABŞ, Çin, AB ölkələri, Malayziya, İraq, Filippin və Cənubi Afrika ölkələri olacaq. Lakin Rusiya və Səudiyyə Ərəbistanı, əksinə, öz istehsalının artması səbəbindən idxalı azaldacaqlar. ABŞ, Hindistan və AB ölkələrində də toyuq istehsalının artması gözlənilir, lakin Çində bu növ ət istehsalı azalacaq.
Ümumilikdə, 2024-cü ildə dünyada 370,7 milyon ton ət istehsal ediləcək ki, bu da bir il əvvələ nisbətən 0,2% çoxdur.