11:37 - 27.06.2024
27 iyun, Fineko/abc.az. Hollandiyanın infrastruktur və su idarəetmə naziri Mark Harbers, Hollandiyalıları daha qənaətcil olmağa təşviq etmək üçün həddindən artıq su istehlakına görə ödəniş etmək məsələsini öyrənməyi tapşırıb.
ABC.AZ xəbər verir ki, bu araşdırmanın nəticələri payızda gözlənilir, bundan sonra yeni Nazirlər Kabineti bu məsələdə qərar verəcək. Beləliklə, içməli su həddindən artıq istehlak edən Hollandiyalılar üçün gələcəkdə daha bahalı ola bilər.
Nazir buna nail olmağın iki yolunu görür: içməli su şirkətləri tərəfindən idarə olunan fərdi tariflər və ya kran suyunun vergisi. Hollandiya Nazirlər Kabineti artıq quraqlıq zamanı su çatışmazlığının qarşısını almaq üçün içməli suyun istehlakını xeyli azaltmağı qarşısına məqsəd qoyub.
10 Avqust 2026
10 Avqust 2026