Ai Qırğızıstan ilə enerji, nəqliyyat və ekologiya sahəsində əməkdaşlıq etməyə hazırdır

11:06 - 27.06.2024


27 iyun, Fineko/abc.az. Avropa Birliyinə üzv ölkələr Qırğızıstan ilə bir sıra istiqamətlər, o cümlədən nəqliyyat, energetika və ekologiya sahələrində əməkdaşlığın intensivləşdirilməsi imkanlarını nəzərdən keçirməyə hazırdırlar.

ABC.AZ xəbər verir ki, bu barədə Brüsseldə Qırğızıstan dövlətinin başçısı Sadır Japarovla görüşdə Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.

Mişel Avropa Birliyinin Qırğızıstan ilə "ikitərəfli genişmiqyaslı əməkdaşlığı daha da dərinləşdirmək", insan hüquqlarına və qanunun aliliyinə riayət etmək və "iqtisadi qarşılıqlı əlaqə" öhdəliyini təsdiqləyib.