21:43 - 24.06.2024
24 iyun, Fineko/abc.az. Rusiya Xarici İşlər Nazirinin müavini Andrey Rudenko və İran xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Baqeri Kani nəqliyyat və energetika sahələrində gələcək tərəfdaşlığa münasibətini təsdiqləyiblər.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya diplomatik İdarəsinin məlumatında deyilir.
"Bütün prioritet istiqamətlər, o cümlədən nəqliyyat və energetika sahələrində birgə infrastruktur layihələrinin təşviqi ilə bağlı qarşılıqlı fəaliyyətin daha da fəallaşdırılması üçün qarşılıqlı münasibət təsdiqlənib", - nazirlikdən bildirilib.
Nazirlikdən onu da əlavə ediblər ki, tərəflər həm ikitərəfli münasibətlərə, həm də beynəlxalq vəziyyətə aid məsələlərə toxunublar.