13:41 - 21.06.2024
21 iyun, Fineko/abc.az. Nəşr "Həyat üçün ölkə" partiyasının təsisçisi Mesrop Arakelyanın sözlərini sitat gətirir.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, hakimiyyətin sözügedən məntəqədə inkişaf, mənzil tikintisi planları yoxdur və onlar bundan imtina etməyə hazırdırlar.
"Hökumətin iclasında "artsaxlılara" təqdim edilən mənzil proqramlarının siyahısının təsdiq edilməsi və maliyyələşdirilməsi barədə qərar qəbul edilib. Təsdiqlənmiş kənd və şəhərlərin siyahısında yalnız Tiqranaşen (Kərki) yoxdur. Bütün digər sərhəd kəndləri daxildir. Bizim üçün aydındır ki, bu qərarla hakimiyyət Tiqranaşenin abadlaşdırılması və məskunlaşdırılması planlarının olmadığını, bu yaşayış məntəqəsindən tamamilə imtina etdiklərini göstərir", - deyə Arakelyan bildirib.
25 İyul 2026