14:06 - 12.06.2024
12 iyun, Fineko/abc.az. Cari ilin may ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 775 ton olub.
ABC.AZ Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bunun 62 118 tonunu xam neft, 14 657 tonunu kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, cari il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.
18 Avqust 2026
17 Avqust 2026