15:43 - 10.06.2024
10 iyun, Fineko/abc.az. İranın şərqində 50 meqavat gücündə iri külək elektrik stansiyasının açılışı olub.
ABC.AZ xəbər verir ki, tədbirdə ölkənin energetika naziri Əli Əkbər Mehrabian iştirak edib.
Təxminən 1 min hektar sahəsi olan Mıl Nader külək elektrik stansiyası Sistan-Bəlucistan əyalətinin Zabolinin şimal-qərbindəki Nimruz dairəsində yerləşir. 2,5 meqavat gücündə II tip 20 külək turbini ilə təchiz edilib. Külək elektrik stansiyasının tikinti işlərinə 2020-ci ildə başlanılıb.
Bu elektrik stansiyası istifadəyə verildikdən sonra hər il 250 meqavat bərpa olunan enerji istehsal edilərkən 30 milyon litrdən çox su və 100 milyon litr dizel yanacağı qənaət ediləcək.
18 Avqust 2026
17 Avqust 2026