14:46 - 10.06.2024
10 iyun, Fineko/abc.az. Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) buraxılış gücünün 1.2 milyard kubmetr artırılması və qazlaşdırma layihələrinin həyata keçirilməsi nəticəsində Albaniya tranzit rolundan əlavə Azərbaycan qazı ilə təchiz edilən növbəti ölkə olacaq.
Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata götə, bunu Azərbaycan və Albaniya arasında Hökumətlərarası Komissiyanın ilk iclasında Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku arasında görüş zamanı komissiyanın həmsədri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, 2026-cı ildən Azərbaycan qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon kubmetr həcmində gözlənilir.
İclasdan əvvəl Hökumətlərarası Komissiyanın həmsədrləri – Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku arasında görüş olub. Görüşdə Azərbaycan – Albaniya münasibətlərinin fəal siyasi dialoq və dinamik inkişaf edən əməkdaşlıq əsasında yeni səviyyəyə yüksəldiyi qeyd olunub.
18 Avqust 2026
17 Avqust 2026