Talış kəndində 158 yaşayış evinin tikintisinə 28 milyon manat xərclənəcək

10:27 - 10.06.2024


10 iyun, Fineko/abc.az. “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Az Caspian Construction” MMC ilə 28 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə Ağdərə rayonu, Talış kəndində 2-ci faza üzrə söküntü, şaquli planlaşdırma və 158 ədəd (10 ədədi bərpa, 148 ədədi yeni tikili olmaqla) fərdi yaşayış evinin tikintisi işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 27 695 543 AZN təşkil edir.