Neft Fondunun iki yataq üzrə gəlirləri açıqlanıb

17:04 - 7.06.2024


7 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2024-cü ilin ilk beş ayı üzrə Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, Fondun AÇG yatağından gəlirləri 2 mlrd. 617.2 mln. ABŞ dolları təşkil edib.

AÇG-dən gəlirlər illik müqayisədə 13 faiz aşağıdır. 2023-cü ilin müvafiq dövründə AÇG-dən 3 mlrd. 13 mln. dollar gəlir əldə edilmişdi.

Şahdəniz yatağından qaz və kondensatı üzrə gəlirlər 244.07 mln. ABŞ dolları olub ki, bu da illik müqayisədə 74% azdır.

Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 60.84 mln. dollar olub.