“Şahdəniz”dən bu il hasil olunacaq qazın həcmi açıqlanıb

16:33 - 7.06.2024


7 iyun, Fineko/abc.az. Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından bu il 27.1 mlrd. kubmetr qazın hasil olunacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, bu məlumat Bakı Enerji Həftəsi çərçivəsində “Caspian Oil&Gaz” neft-qaz sərgisində SOCAR tərəfindən təqdim olunub.

Məlumata görə, hesabata dövründə 4.1 mln. ton kondensat hasil olunacağı gözlənilir.

Qeyd olunur, yataq istismara veriləndən 01.05.2024-ə qədər burada 218.3 mlrd. kubmetr qaz və 45.9 mln. qaz kondensatı hasil olunub.

“Hasil olunan qazın 155.2 mlrd. kubmetri ixraca nəql edilib”, – məlumatda bilıdirilir.