10:04 - 6.06.2024
6 iyun, Fineko/abc.az. Beynəlxalq konsaltinq şirkəti “Capgemini” 2023-cü il üçün dünyada milyonçuların sayı və onların ümumi sərvətləri ilə bağlı hesabatını açıqlayıb.
ABC.AZ xəbər verir ki, şirkətin hesablamalarına görə, zəngin insanların sayı keçən il 5.1% artaraq 22.8 milyon nəfərə çatıb.
Onların ümumi sərvəti 4.7% artaraq 86.8 trilyon dollara yüksəlib. Son bir ildə rifahın ən əhəmiyyətli artımı Şimali Amerikada, ən pis vəziyyət isə Afrikada müşahidə olunub.
“Capgemini” konsaltinq şirkətinin açıqladığı World Wealth Report 2024 hesabatında 2023-cü ilin sonuna qədər milyonçuların və multimilyonçuların (xalis sərvəti 30 milyon dollardan çox olan şəxslər) sərvətinin rekord həddə çatdığını bildirib.
Əgər 2022-ci ilin sonunda geosiyasi gərginlik və iqtisadi qeyri-sabitlik səbəbindən milyonçuların ümumi sərvəti 3.6%, sayı isə 3.3% azalıbsa, 2023-cü ildə artım nəinki bərpa olunub, həm də rekord həddə çatıb.
8 Avqust 2026
8 Avqust 2026
10 Avqust 2026