Qazaxıstan Kalamkas-sea və Xazar yataqlarının işlənməsi layihəsinə başlayır

11:52 - 5.06.2024


5 iyun, Fineko/abc.az. Qazaxıstanda Kalamkas-dəniz və Xəzər yataqlarının işlənməsi üzrə neft-qaz layihəsinin icrasına başlanılıb.

ABC.AZ xəbər verir ki, layihə ilə bağlı müqavilələr imzalanıb və həyata keçirilməsi məqsədi ilə birgə müəssisə - "Kalamkas-Khazar Operating" MMC layihəsinin operatoru yaradılıb.

Mövcud planlara uyğun olaraq, 2026-cı ildə Qazaxıstan Gəmiqayırma zavodlarında dəniz platformalarının tikintisinə başlanılacaq. Bu, "Kalamkas-sea" yatağında mümkün qədər tez hasilata başlamağa imkan verəcəkdir.

Layihəyə 6 milyard dollardan çox birbaşa investisiya cəlb edilməsi planlaşdırılır.