"Kəpəz" BOKT-un nizamnamə kapitalındakı pay bir şəxsə ötürülüb

10:18 - 5.06.2024


5 iyun, Fineko/abc.az. Bank Olmayan Kredit Təşkilatı “Kəpəz” MMC-nin nizamnamə kapitalındakı pay bir şəxsə ötürülüb.

ABC.AZ xəbər verir ki, BOKT-nin 2 mln. nizamnamə kapitalı var. İndiyə qədər BOKT-də Əbülfəz Əliyev Əlihəsən oğlunun payı 65.6 faiz idi. Son dəyişiklərdən sonra onun kredit təşkilatındakı payı 100 faiz olub.

O, BOKT-dəki bu 34.4 faiz payı Kazım Əliyev Sultan oğlundan satın alıb.

Əbülfəz Əliyev həmçinin şirkətin idarə edilməsində birbaşa iştirak edir. Belə ki, o Müşahidə Şurasının sədridir.

BOKT 2023-cü ildə 2 milyon 738 min manatlıq faiz gəlirinə qarşı 1 milyon 229 min manat xalis mənfəət əldə edib. 2 milyon 247 min manat kredit portfelinə sahibdir.