Dünyanın ən böyük günəş elektrik stansiyası işə salınıb

16:50 - 4.06.2024


4 iyun, Fineko/abc.az. “PowerChina” dövlət şirkəti Sincan rayonunda dünyanın ən böyük günəş elektrik stansiyasını elektrik şəbəkəsinə qoşub. Gücü 5 GVT, sahəsi 200 min hektardır (81 min hektar, yəni daha çox).

ABC.AZ xəbər verir ki, Urumçi yaxınlığındakı səhra ərazisində yerləşən günəş qurğusu, ildə təxminən 6,09 milyard kVt / saat elektrik enerjisi istehsal edəcək. Bu həcm il ərzində Papua Yeni Qvineyanı enerji ilə təmin etmək üçün kifayət edərdi.

Günəş və külək ehtiyatları ilə zəngin olan az məskunlaşan Sincan, enerjisinin çox hissəsini Çinin sıx məskunlaşdığı şərq sahillərinə göndərən böyük bərpa olunan enerji bazaları üçün bir mərkəz halına gəlib.