Azərbaycanda hazır kolbasa ehtiyatı 72% artıb

16:14 - 4.06.2024


4 iyun, Fineko/abc.az. 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 9 355,1 ton kolbasa məhsulları edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 714,5 ton və ya 8,3% artıb. Ötən ilin yanvar-aprel aylarında 8 641,1 ton kolbasa məhsulları istehsal edilmişdi.

2024-cü ilin may ayının 1-nə hazır məhsul istehsalı 55.3 ton təşkil edib.

Hazır məhsul ehtiyatı illik müqayisədə 23.1 ton, yəni 71,7% artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 32,2 ton olub,