15:12 - 4.06.2024
4 iyun, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) bu ay “Euro-5” ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
“Zavod 2023-cü ilin may ayında “Euro-5” standartlarına uyğun dizel yanacağı istehsalına başlayıb, 2024-cü ilin iyununda BNEZ “Euro-5” standartlarına uyğun avtomobil benzini istehsalına başlamağı planlaşdırır”, – şirkətdən qeyd edilib.
Müəllif: Elmir Murad
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026