14:31 - 4.06.2024
4 iyun, Fineko/abc.az. Azərbaycan ərazisində fəaliyyət göstərən bütün vergi ödəyicilərinin mal dövriyyəsi üzrə virtual elektron anbarın yaradılmasına şərait yaradacaq “Global Trade Item Number” (GTİN) Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən Gömrük Rəsmiləşdirilməsi Platformasına əlavə olunub.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, GTİN gömrük bəyannaməsi tərtib olunarkən, həmçinin elektron invoysun doldurulması sistemində nəzərdə tutulmuş xanada qeyd edilə bilər.
“Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.3.10-cu yarımbəndinə əsasən qaimə fakturanın bütün növlərinə vergi ödəyiciləri tərəfindən könüllü olaraq istehsal və ya idxal olunmuş malların GTİN-lərinin qeyd edilməsi üçün sütun əlavə edilib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026