10:52 - 29.05.2024
29 may, Fineko/abc.az. Ənənəvi satışların azalması ayı olan apreldən sonra “Apple” yenidən öz smartfonlarının Çinə tədarük həcmini 52% artırıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg”də məqalə dərc edilib.
Qeyd edilib ki, ölkədə satılan smartfonların təxminən 3.5 milyon ədədi xarici brendlərə, böyük əksəriyyəti isə iPhone-lara aiddir. Bu, daha çox şirkətin cari ilin əvvəlindən öz qadcetlərində qiymətləri endirməsi ilə bağlıdır və bu, iyunun 18-də ölkənin alış-veriş festivalını müşayiət edən satış mövsümünə qədər uzanır.
“Bloomberg Intelligence”in Çin istehlakçıları arasında apardığı son sorğuya görə, iPhone yenidən ən populyar mobil cihaz olub.
13 Avqust 2026
13 Avqust 2026