Azərbaycanda meyvə şirələri istehsalı artıb - Hesabat

12:00 - 27.05.2024


27 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında ölkədə 1470,9 min dekalitr (dkl) meyvə şirələri istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 10,4 faiz və ya 138,9 min dkl çoxdur.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, aparılmış hesablamalara görə, təkcə aprel ayında 382 min dkl meyvə şirələri istehsal olunub ki, bu da mart ayının göstəricisini 8,2 faiz və ya 29 min dkl üstələyir.

May ayının 1-nə hazır məhsul ehtiyatı 673,5 min dkl təşkil edib.