15:14 - 24.05.2024
24 may, Fineko/abc.az. “Kontinent İnşaat” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında qeyd edilib.
Məlumata əsasən, “Kontinent İnşaat” MMC-nin vergi borcu 5 456 965 manatdır. Bu vergi borcu 23.05.2024-cü il tarixinə olan məlumatdır.
Qeyd edək ki, bu şirkət 2010-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Araz Mahmudovdur.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026