16:02 - 7.08.2018
7 avqust, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi haqqında xəbər verib.
Nazirliyin məlumatında deyilir ki, avqustun 9-dan 11-nə kimi Bakıda və Abşeronda güclü şimal-qərb küləyi əsəcək, havanın temperaturu əvvəlki günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.
“Avqustun 8-i axşam şimal və qərb rayonlarından başlayaraq avqustun 12-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək”, - məlumatda belə deyilir.
Məlumatda qeyd edilir ki, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026