17:30 - 26.04.2024
26 aprel, Fineko/abc.az. Türkiyə enerji resurslarının idxalından asılılığı azaltmağa davam etməyi planlaşdırır və yaxın 10 ildə bərpa olunan və təmiz enerjiyə 100 milyard dollar sərmayə qoyacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşek bildirib.
“Bu, nüvə enerjisinə də aid olacaq, çünki AES təmiz enerji mənbəyi kimi tanınıb. Nüvə elektrik stansiyalarının istismara verilməsi ilə xarici resurslardan asılılığımız daha da azalacaq”, — deyə o bildirib.
Nazir qeyd edib ki, enerji resurslarının idxalından asılılığın azaldılması məsələsi strateji məsələdir, çünki Türkiyə “cari hesab kəsiri və ya makromaliyyə vəziyyəti səbəbindən yaranan maliyyə risklərini daha yaxşı idarə edə biləcək” və bu sahədə əldə etdiyi uğurlar birbaşa xarici asılılığın azalmasından asılıdır.