Müəllimlər tədrisdən başqa hər şeydən azad olmalıdırlar — Çin təcrübəsi

17:03 - 26.04.2024


26 aprel, Fineko/abc.az. ÇXR Təhsil Nazirliyi ibtidai və orta məktəb müəllimlərinə tədrislə əlaqəli olmayan yükü azaltmaq üçün işlər başlayır.

ABC.AZ xəbər verir ki, müəllimlər tədris ilə əlaqəli olmayan, lakin çox vaxt aparan vəzifələrdən şikayətlənirlər. Bu tapşırıqlar və vəzifələr "yalnız müxtəlif formaların doldurulması və sənədlərin hazırlanması deyil, həm də sosial media hesabları üçün mətnlərin yazılmasıdır".
İbtidai və orta məktəb müəllimləri də yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl edərək qida keyfiyyətinə və yanğın təhlükəsizliyinə nəzarət edirlər.