Dünyada ilk dəfə havadan zülal istehsal edən zavod yaradılıb

16:06 - 26.04.2024


26 aprel, Fineko/abc.az. 2024-cü ilin aprel ayında Solar Foods startapı Finlandiyada havadan qida ilə zəngin protein istehsal edən ilk zavodu açıb.

ABC.AZ xəbər verir ki, təklif olunan texnologiyanın qida böhranı problemini qismən həll etməyə kömək edəcəyi güman edilir. Solar Foods tərəfindən təklif olunan texnologiya, daha sonra süd və ət əvəzediciləri də daxil olmaqla müxtəlif qida məhsulları istehsal etmək üçün istifadə edilə bilən Solein adlı protein əldə etməyə imkan verir.

Solar Foods texnikası hava (hidrogen, oksigen və karbon qazı) ilə qidalanan və fındıq dadı olan yüngül ətirli sarımtıl toz istehsal edən birhüceyrəli mikrobların istifadəsini nəzərə tutur. İstifadəyə verilmiş zavodun gücü ildə 160 tona qədər Solein tozu istehsal etməyə imkan verir. Gələcəkdə istehsalın miqyasının artırılması planlaşdırılır.