10:50 - 15.04.2024
15 aprel, Fineko/abc.az. Şokolad istehsalında əsas xammal kimi istifadə edilən kakaonun qiyməti dünyada kəskin artıb.
ABC.AZ xəbər verir ki, ekspertlər deyir ki, bu artım həm şokolad, həm də bu məhsuldan istifadə edilən şirniyyat məhsullarının qiymətində fərq yaradacaq.
Onların sözlərinə görə, bu il 2 dəfə bahalaşan kakaonun qiymətində hələ də yüksələn dinamika müşahidə edilir. Bununla yanaşı, dünyada kakao istehsalında təxminən 8 faiz azalma proqnozlaşdırılır.
Ekspertlər kəskin qiymət artımını bir neçə səbəblə əlaqələndirirlər.
Bildirilir ki, şokolad istehsal etmək üçün digər ölkələrin xammalına ehtiyacımız var. Bu cəhətdən qiymət artımı daha çox şokolad istehsal edən firmalara təsir göstərə bilər.
Payıza doğru kakaonun qiymətinin daha da bahalaşa biləcəyi proqnozlaşdırılır.
Xəzər tvnin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026