10:55 - 6.04.2024
6 aprel, Fineko/abc.az. Taksi fəaliyyəti ilə bağlı yeni qaydaların müəyyənləşdirilməsi bölgələrdəki sürücüləri qane etmir.
ABC.AZ xəbər verir ki, Qəbələdə taksi xidməti göstərən bir qrup sürücü yeni qaydalardan narahatdır.
Onlar qeyd edirlər ki, avtomobilləri yeni tələblərə cavab vermir. Yeni avtomobil almağa da imkanları çatmır.
Odur ki, rayonda fəaliyyət göstərən taksi şirkəti və sürücülər yeni qaydalarla bağlı rayonlara fərq qoyulmasını tələb edirlər. Onlar hesab edirlər ki, avtomobil yolları da nəzərə alınmalıdır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, mövcud qanun bütün respublika üçün nəzərdə tutulub. Rayonlar üçün hazırda heç bir istisna yoxdur. Xəzər tv-nin mövzu ilə bağlı hazırladığı süjeti sizə təqdim edirik.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026