11:08 - 1.08.2018
1 avqust, Fineko/abc.az. Müdafiə naziri və nazirliyin rəhbərliyi cəbhənin müxtəlif istiqamətlərində yerləşən ön xətt bölmələrində olublar.
Müdafiə Nazirliyinin məlumatında deyilir ki, general-polkovnik Zakir Həsənova ərazinin maketi üzərində əməliyyat şəraiti məruzə edilib.
“Müdafiə naziri bölmələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib”, - məlumatda belə deyilir.
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Müdafiə naziri bölmələrdəki şəraitlə tanış olub, şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.
27 İyul 2026