17:27 - 3.04.2024
3 aprel, Fineko/abc.az. Babək rayonunun Kültəpə kəndində muxtar respublikada ilk dəfə göycə istixanasının yaradılması nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bu barədə kənd sakini, təcrübəli təsərrüfatçı Vasif Cəfərov məlumat verib.
O qeyd edib ki, Naxçıvanın brendi sayılan göycənin alıcılıq qabiliyyətini nəzərə alaraq bu il payız aylarında muxtar respublikada bir ilkə imza atmaq niyyətindədir.
Təsərrüfatçı 5 hektara yaxın meyvə bağının 3-4 sotunda göycə istixanası yaradacaq. İstixana 35 ağacı əhatə edəcək. Sentyabr-oktyabr aylarında işə başladığı təqdirdə, artıq mart-aprel aylarında ağaclarının bar verəcəyini deyir. Zəhmətkeş insan iki il bundan əvvəl bir ağacın üzərində təcrübə aparıb və nəticəsi müsbət olub. O, bu yolla yaxşı gəlir əldə edəcəyinə inanır. (Azərtac)
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026