16:29 - 31.07.2018
31 iyul, Fineko/abc.az. Azərbaycan və Ermənistan xarici işlər nazirləri BMT-in Baş Assambleyasının Nyu-Yorkda sentyabr ayında keçiriləcək 73-cü sessiyası çərçivəsində görüşmək barədə razılığa gəldilər.
Bu məlumatı, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Hikmət Hacıyevə istinadən RİA “Novosti” xəbər agentliyi yayıb.
"BMT-nin Baş Assambleyası çərçivəsində nazirlərin görüşü haqqında prinsipial razılaşma əldə olunub”, - deyə Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, sözügedən görüşdən əlavə, daha bir görüşün keçirilməsi məsələsinə baxılır.
Elmar Məmmədyarov ilə Zoqrab Mnatsakanyanın ilk görüşü ATƏT-in Minsk Qrupunun (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer çıxış etmişdir) həmsədrlərinin vasitəçiliyi ilə Brüsseldə iyulun 11-də keçirilmişdir.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026