21:07 - 29.03.2024
29 mart, Fineko/abc.az. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cənubi Qafqazdakı vəziyyəti Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazevlə müzakirə edib.
ABC.AZ xəbər verir ki, məlumata görə, görüş zamanı Bayramov və Knyazev bölgədəki mövcud vəziyyəti müzakirə ediblər.
"Nazir həmsöhbətinə Cənubi Qafqazdakı münaqişədən sonrakı vəziyyət, Azərbaycanın sülh prosesi çərçivəsində hərəkətləri və Ermənistanla danışıqlar barədə məlumat verib", - məlumatda belə deyilir.
Azərbaycan XİN rəhbəri bildirib ki, regiondan uzaq ölkələr Ermənistan-Azərbaycan normallaşmasına mane olur. "Bununla əlaqədar Bayramov Knyazevə bildirib ki, aprelin 5 - də Brüsseldə keçiriləcək ABŞ - Aİ - Ermənistan birgə konfransı Bakıda narahatlıq doğurur", - deyə məlumatda qeyd olunur.
Bakıda hesab edirlər ki, bu cür təşəbbüslər Yerevanı yeni təxribatlara təşviq edə bilər.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026