14:22 - 28.03.2024
28 mart, Fineko/abc.az. Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb.
ABC.AZ xəbər verir ki, bunu yeni tikili binalarda yaşayan sakinlər bildiriblər.
Sakinlər bildirir ki, əvvəllər ayı 60 manata olan parklanma yeri hazırda 90 manata olub.
Qeyd edək ki, bundan əvvəl, yəni ötən gün Azadlıq meydanınındakı yeraltı dayanacaqda və "Qış Parkı" deyilən yerin avtodayanacağında da qiymətlər bahakaşıb. Belə ki, aprelin 1-dən Azadlıq Meydanındakı parklanmada 0-1 saat üçün 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəniş tələb olunacaq. Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. “Qonşular” paketinə görə 75 AZN ödəniləcək.
Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında isə sürücülər 0-2 saat üçün 1 manat; 2-4 saat üçün 2 manat; 4-6 saat – 3 manat; 6-10 saat – 4 manat; 10-12 saat – 5 manat;
12-24 saat – 8 manat ödəməli olacaq.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026