11:48 - 27.03.2024
27 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 472,4 min ton cüt corab istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 44,9 min cüt və ya 10,5% artıb. Ötən ilin yanvar-fevral aylarında 427,5 min cüt corab istehsal edilmişdi.
2024-cü ilin mart ayının 1-nə hazır corab ehtiyatı isə 39,9 min cüt təşkil edib.
Hazır məhsul ehtiyatı 8,9 min cüt, yəni 28,7% artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 31 min cüt olub.
12 Avqust 2026