Əcnəbilərin Rusiyaya giriş-çıxışı sərtləşdiriləcək

11:27 - 27.03.2024


27 mart, Fineko/abc.az. Bundan sonra əcnəbilər Rusiyaya əvvəlki kimi rahat giriş-çıxış edə bilməyəcəklər.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Belə ki, Rusiya hökuməti ölkəyə vizasız giriş qaydalarını sərtləşdirməyi düşünür.

Yeni hazırlanmış qanun layihəsinə əsasən, xarici vətəndaşın Rusiya Federasiyasında vizasız müvəqqəti qalma müddətinin hər 180 günlük müddətdə ümumilikdə 90 günədək azaldılması, yəni təqvim ili üçün cəmi 90 gün olması təklif edilir.

Təşəbbüs müəlliflərinin fikrincə, belə bir tədbir işləmək məqsədilə Rusiya Federasiyasına üz tutan mövsümi miqrantların sayını azaldacaq, eləcə də ümumilikdə xarici vətəndaşların Rusiyada qalmasına nəzarətin səmərəliliyini artıracaq.