14:46 - 19.03.2024
19 mart, Fineko/abc.az. Latviyanın xarici işlər naziri Krişyanis Karinş Aİ ölkələrini 14-cü sanksiyalar paketi çərçivəsində Rusiyaya təzyiqləri artırmağa çağırıb.
ABC.AZ xəbər verir ki, bu barədə Baltikyanı respublikanın xarici işlər Nazirliyinin bəyanatında deyilir.
Sənəddə qeyd edildiyi kimi, martın 18-də Brüsseldə AB xarici işlər nazirlərinin görüşündə Karinş "Rusiyaya qarşı sanksiya təzyiqlərini gücləndirməyə və 14-cü anti-Rusiya sanksiyaları paketi üzərində işə başlamağa çağırıb". O, xüsusilə kənd təsərrüfatı məhsullarının idxalının qadağan edilməsini, habelə Rusiya hərbi sənayesində, o cümlədən manqan filizi və alüminium oksidində istifadə olunan xammalın ixracı və tranzitinə qadağanın genişləndirilməsini təklif etdi.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026