14:05 - 19.03.2024
19 mart, Fineko/abc.az. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 18 ünvanında yerləşən “Love City” kafesində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
ABC.AZ FHN-ə istinadən xəbər verir ki, obyektdə təxliyə planı mövcud deyil və obyekt yanğın zamanı insanların köçürülməsinə kömək edən qurğularla tam təmin olunmayıb.
- quraşdırılmış avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuna xidmət lisenziyası olan ixtisaslaşmış təşkilat tərəfindən həyata keçirilməyib;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
Qeyd olunanları nəzərə alaraq “Love City” kafesinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026