Yanvar-fevral aylarında Azərbaycana bu qədər yük maşını gətirilib

11:52 - 19.03.2024


19 mart, Fineko/abc.az. Cari ilin yanvar-fevral aylarında Azərbaycana 22 milyon 527 min dollar dəyərində 1 185 ədəd yük avtomobili idxal olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2023-ci ilin eyni dövrü ilə müqayisədə yük avtomobillləri dəyər ifadəsi ilə 8 milyon 960 min dollar və ya 66%, miqdar ifadəsi ilə 314 ədəd və ya 36% artıb.

Qeyd edək ki, ötən ilin yanvar-fevral ayları ərzində 13 milyon 566 min dollar dəyərində 871 ədəd yük avtomobili gətirilib.