10:41 - 19.03.2024
19 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 4 686,4 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
ABC.AZ xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, hesabat dövründə ölkə üzrə elektrik enerjisinin ixracı 221,6 mln. kVt-saat, idxal isə 32,5 mln. kVt-saat təşkil edib.
“Bu ilin yanvar-fevral aylarında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 4 686,4 mln. kVt-saat, ixrac 221,6 mln. kVt-saat, idxal isə 32,5 mln. kVt-saat olub”, – paylaşımda qeyd olunur.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026