Azərbaycana yanvar-fevral aylarında 8 min 180 ton ət idxal edilib

17:00 - 18.03.2024


18 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 17 milyon 442 min dollar dəyərində 8 min 180 ton ət idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 5 milyon 450 min dollar yəni 45,4%, miqdar ifadəsi ilə təxminən 858 ton (11,7%) artıb.

Ötən ilin müvafiq dövründə 11 milyon 992 min dollar məbləğində 7 min 322 ton ət gətirilib. 1 ton ətin idxal qiyməti bu il 2132 dollar, ötən il isə 1 638 dollar təşkil edib.

Qiymətlərdə 494 dollar və ya 30,2% bahalaşma qeydə alınıb. 1 kq ətin idxalı cari ilin iki ayında 3,62 manata, ötən ilin müvafiq dövründə 2,78 manata başa gəlib.

Qeyd edək ki, hesabat dövründə idxal edilən ətin dəyəri Azərbaycanın ümumi idxalının 0,71%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə ətin idxalı Azərbaycanın ümumi idxalının 0,45%-nə bərabər olub.