14:51 - 18.03.2024
18 mart, Fineko/abc.az. Azərbaycan 2023-cü ildə Yaponiyaya emal olunmamış alüminium ixracını bir qədər də yüksəldib.
ABC.AZ-ın məlumatına əsasən, 2023-cü ildə 6 598 tonluq xammal kimi alüminium ixrac edilib. İxrac edilmiş bu əlvan metalın ixrac dəyəri 13 milyon 387.44 min dollar təşkil edib.
İxracın həcmi illik müqayisədə 29 faiz artıb.
2022-ci ildə Azərbaycandan Yaponiyaya 5 102 ton və ya 12 milyon 73.48 min dollarlıq xam alüminium ixrac edilmişdi. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Qeyd edək ki, bu metalın qiyməti 2022-ci illə müqayisədə 2023-cü ildə düşüb. Belə ki, bir tonu öncəki ildə 2 367 dollar olduğu halda növbəti ildə uculaşaraq 2 029 dollara düşüb. Banker.az
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026