16:53 - 14.03.2024
14 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında Azərbaycanda mərcinin 1 kq-nın orta satış qiyməti 3.43 manat təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki ilin yanvar ayı ilə müqayisədə 0.43 manat və ya 11% azdır.
Bununla yanaşı yerli istehsal olan mərcinin 1 kq-ının qiyməti 3.17 manat təşkil edib ki, bu da illik fərqlə 0.55 manat və ya 15% azdır.
Xaricdən gətirilmiş mərcinin 1 kq-ı isə 3.72 manat təşkil edib. Bu da 2023-cü illə müqayisədə 0.30 manat və ya 7% azdır.
Məlumat üçün bildirək ki. 2023-cü ilin yanvar ayında 1 kq mərcinin orta qiyməti 3.87% manat təşkil edib. Yerli mərcinin qiyməti 3.72 manat, idxal mərcinin qiyməti isə 4.02 azn olub.
13 Avqust 2026
13 Avqust 2026