Azərbaycan istehsalı olan zeytun yağları bahalaşıb

15:39 - 14.03.2024


14 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında Azərbaycanda zeytun yağının 1  litrinin orta satış qiyməti 16.00₼ təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki ilin yanvar ayı ilə müqayisədə 1.00₼ və ya 7% çoxdur. Bununla yanaşı yerli istehsal olan zeytun yağının 1 litrinin qiyməti 14.87₼ təşkil edib ki, bu da illik fərqlə 1.22₼ və ya 9% çoxdur.

Xaricdən gətirilmiş zeytun yağının 1 litri isə17.63₼ təşkil edib. Bu da 2023-cü illə müqayisədə 1.01₼ və ya 6% çoxdur.

Məlumat üçün bildirək ki. 2023-cü ilin yanvar ayında 1 l zeytun yağının orta qiyməti 14.95% manat təşkil edib.