11:10 - 14.03.2024
14 mart, Fineko/abc.az. Bakıda XI Qlobal Bakı Forumu keçirilir.
ABC.AZ xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu ilki forum müasir dünyanın üzləşdiyi aktual problemlərin həll yolunu müzakirə edəcək.
Bu ilki forumda “Parçalanmış dünyanın bərpası” mövzusu altında geosiyasət, davamlı inkişaf, texnologiya və mədəni diplomatiyaya aid məsələlər müzakirə ediləcək.
Forumun məqsədi qonaqların kollektiv təcrübəsi və fikirləri ilə məqsədyönlü fəaliyyətə təkan verərək “Parçalanmış dünyanın bərpası” naminə kollektiv səyə töhfə verməkdir.
17 Avqust 2026
15 Avqust 2026