Azərbaycanda əhali iki ayda geyimə 1,3 milyard manat xərcləyib

17:18 - 13.03.2024


13 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral  ayında pərakəndə ticarət şəbəkəsində 1 milyard 304,5 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-fevral aylarına nisbətən 5,5% çoxdur.

Bu ilin ilk iki ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 15,3 % faizi geyimlərin alınmasına sərf olunub.